YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Civə

Civə çox qeyri-adi metaldır. Otaq temperaturunda o, maye halında olur. 

 

Civə Selsi şkalasıyla mənfi 39 dərəcədə donur və 357 dərəcədə qaynayır. O, sudan 13,6 dəfə ağırdır. Civə çox xırda damcılara dağılıb axa bilir.

 

Təbiətdə civə qırmızıya çalan "kinovar" mineralının tərkibində olur. Kinovar bir çox qaya süxurlarında olur, amma əsasən vulkan mənşəli süxurlarda tapılır.

 

Civə asan buxarlanır. Filizdən təmiz metal əldə etmək üçün onu 482 dərəcəyədək qızdırmaq lazımdır. Bu temperaturda əmələ gələn buxarı toplayıb soyudur, kondensatını yığırlar. Beləliklə, civə alınır.

 

Civədən insan hələ lap qədimdən müxtəlif yerlərdə istifadə edib. Yazı yarananadək kinovardan qırmızı rəngi düzəldirdilər. Hələ bizim eradan 415 il qabaq civəni filizdən alır, ondan metalın üzərini örtən təbəqə kimi, bəzi xəstəliklərin müalicəsi üçün dərman kimi istifadə edirdilər. Cürbəcür yollarla qiymətli metallar almağa çalışan kimyagərlər civəni sehrli metal sayırdılar və ondan öz təcrübələrində istifadə edirdilər.

 

 
Hal-hazırda civə tibb aləmində çox tətbiq olunur. Civənin zəhərli olmasına baxmayaraq, onu müxtəlif dərmanlara və dezinfeksiya vasitələrinə əlavə edirlər. Yer üzündə istehsal olunan civənin təxminən üçdən biri tibb sahəsində istifadə olunur.

 

Civə termometrlərdə istifadə olunduğundan, bizə yaxşı tanışdır. Bəs termometrlərdə niyə civə işlənir? Bu onunla alaqədardır ki, civə temperaturun qalxmasına çox həssas reaksiya göstərir. Bu gün civə həm də rəng istehsalında, stomatologiyada, xlor, kaustik soda və elektrik cihazları istehsalında işlənir.