YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Cincilim

Cincilim gövdəsinin hündürlüyü 10-30 sm olan birillik və yaxud ikiillik ot bitkisidir. Çiçəkləri xırda olub ağ, meyvəsinin toxumu isə tünd qəhvəyi rəngdədir. Çiçəklənməsi iyun ayından sentyabra kimi davam edir. Bitkinin ömrü 3-4 həftə çəkir. Cincilim yaşayış evlərinin yaxınlığında, bostanlar, bağçalar, kanalların ətraflarında, nəmişlik yerlərdə, çay kənarları, yolların qıraqlarında bitir.


Azərbaycanın təbii florasında cincilimin 5 növü yayılmışdır. Dünyada 100-dən çox, Qafqazda isə 8 növü məlumdur. Cincilimdən toyuq və donuzların yemlənməsində istifadə olunur. Ən çox istifadə olunan adi cincilim növüdür.


Cincilim 10-30 sm hündürlüyündədir. Yarpaqları qarşı-qarşıya düzülən yumurtavari formadadır 1,5-3 sm uzunluğunda yuxarıda yerləşənləri oturacaq, aşağıda yerləşən yarpaqları saplaqlıdır. 


Cincilim demək olar ki, Azərbaycanın hər yerində yayılmışdır. Bitkiyə düzənlik sahələrdən tutmuş subalp çəmənliklərinə qədər rast gəlmək olar. Cincilimə ən çox zibbılliklərdə. yol kənarlarında, yamaclarda, çay qıraqlarında, qayalıqlarda və s. yerlərdə rast gəlmək olar. Bu nəmişlik sevən bitki rütubətli meşə yolları kənarlarında, yaşayış binalarının ətrafında, ən çox isə münbit torpaq sahələrində, bağ və bostanlarda, ləklərin arasında elə yayılır ki, alaqotu kimi buna qarşı mübarizə çox çətinlik törədir.


Cincilimdən hazırlanan preparatlar vitamin, bakteriosid, soyuqdəymə, damargenişləndirmə, qan təzyiqim aşağı salma, sidikqovucu, ödqovucu, qankəsici, yarasağaldıcı və s. xüsusiyyətlərə malikdir.