YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qərbi Roma imperiyasının süqutu

II əsrdə Roma imperiyasının ən çiçəklənən və ən geniş əraziləri əhatə etdiyi dövr idi. İmperatorlar Trayan, Adrian və Mark Avreley dövlətin inkişafında çox böyük rol oynayıblar. 


III əsrdə, əksinə, dəyişikliklər dövrü oldu və tezliklə orduda qaydasızlıq və anarxiya baş aldı. İmperiyanın hakimiyyətində böhran başladı. Bəzi Roma əraziləri ayrıldı, dövlət və əhali yoxsullaşdı. 


Bu siyasi hadisələrlə eyni zamanda barbarların ərazilərə ilk hücumları başladı və onlar tədricən Roma imperiyasının ərazilərini zəbt etməyə başladılar.


Ona görə də imperator Feodosi imperiyanı iki hissəyə bölmək qərarına gəldi: Şərqi imperiyanı oğlu Arkadiyə və Qərbi imperiyanı isə digər oğlu Qonoriyə verdi. 


Qonori barbarların İspaniyaya, Qalliyaya (Fransa) və Britaniyaya (Böyük Britaniya) olan basqınların qarşısını ala bilmədiyi kimi, qotların Romaya hücumunun da qarşısını ala bilmədi. 


476-cı ildə barbarlar Qərbi Roma imperiyasını tam olaraq ələ keçirdilər və sonuncu imperator Romul Avqustul hakimiyyətdən devrildi.