YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Amerika mədəniyyəti

Berinq boğazından keçmiş bu xalqların nəsilləri bir çox yüzillik ərzində cənub istiqamətində hərəkət edərək bütün Amerika qitəsinə yayılıblar.


İlk dövrdə köçüb gəlmişlərin daimi yaşayış yeri olmayıb və onlar ovladıqları vəhşi heyvanların arxasınca hərəkət edərək öz qidalarını əldə edirdilər. Sonradan bu kişi və qadınlar torpağı əkməyi və öz ərzaq məhsullarını əldə etməyi öyrəndilər. Onda onlar yaşayış məntəqələrini, sonra xalqları, şəhərləri və böyük mədəniyyətləri yaradaraq oturaq həyat tərzi keçirməyə başladılar. 


Meksikada ta qədim dövrdən Teotiuakan kimi, toltek və olmak xalqlarının mədəniyyəti mövcud olmuşdur. Mayya və asteklər isə Mərkəzi Amerikaya yayılmışdır. 


And dağlıq bölgələrində çavin, tiauanako və ink mədəniyyətlərini misal göstərmək olar.


Qədim amerikalılar nə dəmir alətləri, nə təkər, nə də dulusçu alətini tanımırdı. Eyni zamanda onların atları da yox idi. 


Mərkəzi və Cənubi Amerikada çox mürəkkəb ictimai quruluşa və böyük mədəniyyətə, böyük elmi, texniki, iqtisadi, sosial və bədii biliklərə malik böyük mədəniyyətlər yarandı.