YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bəzəkli qalası

Bəzəkli qalası Kəngərli rayonunun Qarabağlar kəndi yaxınlığında yerləşən arxeoloji abidədir. Qala təbii cəhətdən müdafiə olunan strateji əlverişli mövqeyə malik dağın üzərində yerləşir. Abidənin mərkəzində Narınqala verləşir. Burada dördkünc formalı evlərin qalıqlarına rast gəlinir. Qalanın içərisindəki evlər əsas müdafiə divarına birləşik halda yerləşdirilmişdir.

 

Qala üçbucaq formalı quruluşa malikdir. O hər tərəfdən iri qaya parçalarından hörülmüş divarla əhatə olunmuşdur. Divar qalıqları bəzi yerlərdə 1m hündürlükdə qalmışdır. Divarlar yanlarda iri daşlardan tikilmiş, onların arası isə kiçik həcmli qaya parçaları ilə doldurulmuşdur. Qala cənub tərəfdən iki qat divarla ahatə olunmuşdur. Sahəsi 1125 m2-dir. Sahəsi kiçik olduğu üçün onun gözətçi məntəqəsi kimi istifadə olunduğunu söyləmək olar.

 

Tədqiqat zamanı yaşayış yerindən Tunc dövrünə aid çəhrayı və boz rəngli keramika nümunələri aşkar olunmuşdur. Çəhrayı rəngli keramika parçalarının bir qismi qara rənglə naxışlanmışdır. Bu tip keramika Naxçıvanın Orta Tuc dövrü üçün xarakterikdir. Tikinti texnikasını nəzərə alaraq abidəni e.ə. 3-2-ci minilliyə aid etmək olar.

 

Naxçıvan abidələri ensiklopediyası