YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Mağaralar

Mağaralar yer altında yaranan oyuqlardır. Mağaraları aşkar etmək çətindir. Onları çox vaxt görmək və ya müəyyən etmək mümkün olmur. Mağaraların girişi kiçik olur.

 

Bəzən mağaralar elə balaca ola bilər ki, içinə yalnız bir uşaq yerləşər. Bəzən isə onun böyüklüyü 40 futbol meydançasının sahəsinə bərabər ola bilər. Bəzi mağaraların içində gizli keçidlər var, bəzilərinin içindən su axır. Elə mağara da var ki, böyük, quru bir otaqdan ibarətdir.

 

Mağaraların 4 əsas növü var: karst mağaraları, vulkanik mağaralar, dəniz mağaraları və buzlaq mağaraları. Külək, su, hava və hətta vulkanlar mağaraları müxtəlif forma və ölçüyə salır.

 

Mağaralarda tavandan sallanan və ya döşəmədən çıxan sivri uclu çıxıntılar olur. Mağaranın tavanından süzülən su və minerallar sırsıra formasında stalaktitlər əmələ gətirir. 

 

Yağış suları süxurlardan süzülərək dərinliklərdə suda həll olan süxurları məhlul şəklinə salır və yeraltı boşluq - mağara yaradır. Qayaların tərkibi təbaşir və əhəngdaşından ibarət olur. Əhəngdaşı suda həll olur və məhlul əmələ gətirir. 

 

Suyun süzülməsi nəticəsində yaranan məhlul əhəngdaşı süxurlarının içində yarıqlar əmələ gətirir. Həmin boşluqlar su ilə dolu mağaralara çevrilir. Yüz illər sonra su çəkilir və mağaralar quruyur.

 

Vulkan püskürərkən lava dağ yamacları boyunca axır. Üst hissədə olan lava soyuyaraq bərkiyir, alt hissədə olan yumşaq lava isə axaraq tunel yaradır. 

 

İsti və yumşaq lava axıb gedir və yerində boşluq əmələ gəlir. Həmin boşluq lava mağarasına çevrilir. Belə mağaralara lava borusu mağaraları da deyirlər.