YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sibir xoruzu

Sibir xoruzu bədəninin uzunluğu 30-110 sm, çəkisi 0,4-6,5 kq qədər olan quşlardır. Ölçüsünə və rənginə görə erkək fərdlər dişilərdən fərqlənirlər.

 

Sibir xoruzu toyuğun yaxın qohumudur. Onlar iynəyarpaqlı və qarışıq meşələrdə yaşayırlar. Yayda qaçaraq yerdəki giləmeyvələri, gülləri, yarpaqları, həşaratları dimdikləyir, payızda və qışda isə ağaclarda olan iynəyarpaqlarla, cavan budaqlarla, tumurcuqlarla, quşarmudu ilə qidalanırlar. Qışda ağacdan qarın içinə baş vurur. Bu quş qısa müddətdə çox hündür olmayan məsafədə səs salaraq uça bilir.

 

Dişi quş yuvasını yerdə qurur və 16-ya qədər yumurta qoyur.