YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Repin İlya

Repin İlya Yefimoviç
 
Репин Илья Ефимович
 
Görkəmli rus rəssamı.
1844-cü il avqustun 5-də Ukraynanın Xarkov vilayətində anadan olub. 
1864-1871-ci illərdə Peterburq Rəssamlıq Akademiyasında təhsil alır, sonradan həmin Akademiyanın həqiqi üzvü seçilib.
1873-cü ildə İtaliya və Fransaya səyahət edən rəssam 3 il orada qalaraq Avropa incəsənəti ilə yaxından tanış olub.
1882-ci ildən Peterburqda yaşayan Repin rus həyatının sosial ziddiyyətlərini və ictimai münasibətləri qabarıq şəkildə təsvir edib və "Qorxaq kəndli" (1877), "Bədnəzər kəndli" (1877), "Tövbədən imtina" (1879-1885), "Təbliğatçının həbsi" (1880-1892), "Gözləmirdilər" (1884-1888) tabloları bu qəbildəndir.
Onun ən yaxşı portretləri sırasına "V.V. Stasov" (1873), "A.F.Pisemski" (1880), "L.N. Tolstoy" (1887) və bu kimi başqa əsərləri daxildir. Repin, həmçinin tarixi janrda "Şahzadə Sofiya" (1879), "İvan Qroznı və oğlu İvan"(1885), "Zaporojyelilər Türkiyə sultanına məktub yazarkən" (1878-1891) adlı məşhur əsərlər yaradıb.
1930-cu il sentyabrın 29-da Kuokkala qəsəbəsində vəfat edib və yerli qəbiristanlıqda dəfn olunub.