YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qalaktika

Vahid cazibə mərkəzi ətrafında dövr edən nəhəng ulduz sistemi.

Qalaktikanın tərkibində olan bütün obyektlər ümumi mərkəzə nisbətən hərəkətdədir. Burada on milyondan bir trilyona qədər ulduz ola bilər. Qalaktikalar müxtəlif quruluş və formaya - elliptik, spiral, xaotik və başqa formalara malik olurlar. Bizim Günəş sisteminin daxil olduğu qalaktika Süd Yolu adlanır və spiral quruluşludur.

2012-ci ilədək məlum olan qalaktikalar içərisində Süd Yolundan ən uzaq məsafədə yerləşən UDFj-39546284 qalaktikasıdır. Səmada yalnız üç qalaktika adi gözlə görünür. Bunlar Andromeda dumanlığı (şimal yarımkürəsindən görünür), Böyük və Kiçik Magellan buludlarıdır (hər ikisini cənub yarımkürəsindən görmək mümkündür).

Qalaktikaların diametri 5-250 kiloparsekə (16-800 min işıq ili) qədər olur. Müqayisə üçün qeyd edək ki, bizim Süd Yolu qalaktikasının diametri 30 kiloparsekdir (100 min işıq ili). 2012-ci ilədək məlum olan ən böyük qalaktika isə IC 1101-dir. Onun diametri 600 kiloparsekdən çoxdur. Elmə Qalaktikaların tam sayı bəlli deyil. Astronomlar onların 100 milyarddan çox olduğunu ehtimal edirlər.