YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sand Jorj

George Sand (Amandine Aurore Lucile Dupin)
 
İlk fransız qadın yazıçısı.
1804-cü ildə Parisdə anadan olub.
Beş yaşında ikən fransız dilinin qrammatikasını, latın dilini, coğrafiyanı, tarixi və botanikanı öyrənir. Bir neçə ili qadın monastırında keçirir.
1832-ci ildə "İndiana" əsərini yazır. “Avroranın qayınanası” soyadının kitablarda yazılmasını istəmədiyindən bu əsəri Jorj Sand təxəllüsü ilə çapa verir. Əsər böyük uğur qazanır. Daha sonra "Valentina" (1832), "Konsuelo" (1842) əsərləri işıq üzü görür.
Alfred de Nyusse, Henrix Heyne, Onore de Balzak, İvan Sergeyeviç Turgenyev və digər dramaturqlarla yaxından  dostluq edən Jorj Sand bir neçə nağıl və povest də yazıb.
Uşaqlar üçün yazdığı "Nənəmin nağılları", "Mələyin tozu", "Güllər nədən danışır" və başqa nağılları öz nəvələri üçün yazılsa da, geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanır.
Jorj Sand 1876-cı il iyunun 8-də bağırsaq keçməzliyinin kəskinləşməsi səbəbindən vəfat edir. Noandakı malikanəsində dəfn olunur.