YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sakit okean

Avrasiyanın və Avstraliyanın şərq sahilləri, Şimalı və Cənubi Amerikanın qərb sahilləri, şimaldan Şimal Buzlu Okeanı cənubda isə Cənub Okeanı ilə əhatələnir
 
Sahəsi 178,7 milyon kvadrat kilometr, orta dərinliyi 4282 metr, ən dərin yeri isə 11 022 metrdir (Marian çökəkliyi).
Sularında bir və çoxhüceyrəli mikroorqanizmlər, balıq, suiti, nerpa, dəniz xərçəngi, krevet, istridyə, kalmar, səkkizayaqlı ilbiz və başqa heyvanlar yaşayır.
Ərazisindən Kurosio, Şimali-Sakit Okean, Alyaska, Cənubi Passat, Şərqi-Avstraliya isti cərəyanları, həmçinin Kaliforniya, Kuril, Peru, və Qərb küləkləri soyuq cərəyanları keçir.
Əlavə məlumat: Sakit Okean dünyanın ən böyük okeanıdır. Onu ilk dəfə 1519-cu ildə Fernan Magellan keçməyə müvəffəq olub. Magellanın səfərinin davam etdiyi üç ay ərzində heç bir qasırğa olmadığı üçün ona “Sakit” adı verilib. Sakit Okean şərti olaraq ekvator xətti ilə bölünən şimal və cənub hissəsinə ayrılır.