YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Raxmaninov Sergey

Rus bəstəkarı, pianoçu, dirijor
 
1873-cü il martın 20-də Rusiyanın Novqorod quberniyasında, zadəgan ailəsində anadan olub. Gələcək bəstəkar 8 yaşında ailəsi ilə birgə Peterburqa köçüb. 1882-ci ildə onu Peterburq Konservatoriyasının aşağı yaş fortepiano sinfinə qəbul ediblər.
 
Qeyri-adi musiqi duyumu və yaddaşa malik Raxmaninov 1892-ci ildə Moskva Konservatoriyasını bitirdikdən sonra ifaçılıq və bəstəkarlıq fəaliyyətinə görə böyük qızıl medalla təltif edilib. Raxmaninovun buraxılış imtahanı üçün cəmi 17 günə bəslədiyi bir aktlı “Aleko” (Puşkinin “Qaraçılar” poeması üzrə) operası imtahanda iştirak edən Çaykovski tərəfindən yüksək qiymətləndirilib və bir ildən sonra 19 yaşlı bəstəkarın bu əsəri Böyük Teatrda səhnəyə qoyulub.
 
1897-1898-ci illərdə Raxmaninov Savva Momontovun Moskva Xüsusi Rus Operasındakı tamaşalara dirijorluq edib.
 
Raxmaninovun xarici ölkələrdə ilk çıxışı 1899-cu ildə Londonda baş tutub. 1900-cu ildə o, İtaliyada çıxış edib. 1904-1906-cı illərdə Böyük Teatrda dirijor işləyib.
 
1917-ci ildə baş verən Oktyabr inqilabından sonra 47 yaşlı bəstəkar Rusiyanı birdəfəlik tərk etmək məcburiyyətində qalıb. Raxmaninov əvvəlcə Danimarkada yaşayıb və burada çox saylı konsertlərlə çıxış edib.
1918-ci ildə Amerikaya köçən Raxmaninov Rod-Aylend ştatındakı Providens şəhərciyində baş tutan ilk konserti ilə 25 il fasiləsiz davam edən musiqi fəaliyyətinə başlayıb. Sergey Raxmaninov Amerikada bu vaxta qədər çıxış edən xarici ifaçılar arasında görünməmiş uğur qazanıb.
 
Mühacirət dövründə Raxmaninov dirijorluq fəaliyyətini demək olar ki, dayandırıb. O, Boston simfonik orkestrinin, sonradan isə Sinsinnati şəhər orkestrinin rəhbəri postuna dəvət olunsa da, bundan imtina edib.
İkinci Dünya müharibəsi illərində Raxmaninov ABŞ-da təşkil etdiyi bir neçə konsertdən yığılan pul vəsaitini Sovet Ordusunun fonduna köçürüb.
 
Raxmaninovun musiqi irsində 80-dən çox romans, konsert, simfoniya, prelüdiya, etüd, opera yer alır.
 
Sergey Raxmaninov 1943-cü il martın 28-də ABŞ-ın Kaliforniya ştatındaki yerləşən Beverli-Hillz şəhərində dünyasını dəyişib. Nyu-York yaxınlığındakı Kensiko rus qəbiristanlığında dəfn edilib.