YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yava adası

Yava adası
Jawa
 
İndoneziyanın ərazisinə aid ada
 
Sahəsi 132 min kvadrat kilometrdir. Şərqdən qərbə 1000 kilometrə qədər uzanır. Ərazisinin 30 faizini cəngəlliklər təşkil edir. Adada 120-yə qədər vulkan var ki, onların 30-u aktivdir.
 
Ərazisi 6 əyalətə - Banten, Qərbi Yava, Mərkəzi Yava, Şərqi Yava, Cakarta və Cokyakarta dairəsinə bölünür. Adada 140 milyon nəfər yaşayır və əhalisinin sayına görə dünyada birinci adadır. Əhalisi yava və indoneziya dillərində danışır.
 
Böyük turistik əhəmiyyətə malikdir. İndoneziyanın əsas tarixi abidəsi olan buddist dini kosmologiyasının modelini tərənnüm etdirən Borobudur məbədi bu adada yerləşir. Həmin abidə UNESCO-nun dünya irsi siyahısına daxil edilib.