YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Şərqi Timor Demokratik Respublikası

Şərqi Timor Demokratik Respublikası
 
Republica Democratica de Timor-Leste
 

 

Coğrafi mövqeyi – Asiyanın cənub-şərqində, Timor adasının şərqində yerləşir. Qərbi Timordakı Okusi Ambenu anklavı, Atauru və Yaku adaları da Şərqi Timor Demokratik Respublikasının ərazisinə aiddir.
 
Sahəsi – 14,8 min kvadratkilometrdir.
 
Əhalisi – 1,13 milyon nəfərdir (2013).
 
Paytaxtı – Dili şəhəridir.
 
Rəsmi dili – Tetum və portuqal dilləridir.
 
Ərazi bölgüsü – 13 rayona bölünür.
 
Sərhədləri – Cənub-qərbdə İndoneziya Respublikası ilə həmsərhəddir. Şimalda Vetar boğazı, şimal-qərbdə Savu dənizi, cənubda Timor dənizi ilə hüdudlanır.
 
Pul vahidi – 1 ABŞ dolları = 100 sent.
 
Dövlət başçısı – Şərqi Timor Demokratik Respublikasının Prezidentidir.
 
Dövlət quruluşu – Parlament respublikasıdır.