YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sekvoyya

 
 
Sekvoyya
 
Sekvoyya (lat. Sequoia) Yer kürəsində ən böyük və ən qədim ağaclardan biridir.
 
Sərvkimilər fəsiləsindən olan bu ağac 76 metrə qədər (25 mərtəbəli bina) uzana bilər. Onun ayrı-ayrı növlərinin hündürlüyü  110 metrdən çoxdur.
 
Sekvoyyanın maksimum yaşı təqribən üç min ildir.
 
Bu ağac ABŞ-da Sakit okeanın sahili boyu, Kaliforniya ştatı ərazisində, Havay adalarında, habelə Yeni Zelandiya, Böyük Britaniya, İtaliya, Portuqaliya, Cənubi Afrika Respublikası və Meksikada bitir. 
 
San-Fransisko yaxınlığında Redvud Milli Parkında bitən “Hiperion” adlı sekvoyya hazırda planetimizdə tanınan ağacların ən hündürüdür. Bu nəhəngin hündürlüyü  115,5 metrdir.
 
“General Şerman” ağacı dünyada ən iri ağacdır. Onun hündürlüyü 83,8 metrdir. 2002-ci ildə ağacın gövdəsinin həcmi 1487 kubmetr olub. Bu ağac Kaliforniya ştatı ərazisindəki Sekvoyya Milli Parkında bitir. Deyilənə görə, onun 2300-2700 il yaşı var.