YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kamçatka

Kamçatka Avrasiyanın şimal-şərq hissəsində, Rusiya ərazisində 472,3 min kvadratkilometr ərazidə yerləşən yarımadadır.
 
Kamçatka dünyanın ən böyük yarımadalarından biridir. Onun sahillərini qərbdən Oxot dənizinin, şərqdən Berinq dənizinin və Sakit okeanın suları yuyur. Şimaldan cənuba 1200 kilometr uzanan yarımadanın mərkəzi hissəsindən iki paralel dağ silsiləsi – Orta dağ silsiləsi və Şərq dağ silsiləsi keçir, onların arasında Mərkəzi Kamçatka ovalığı yerləşir. Buradan Kamçatka çayı axır.
 
Vulkanlar, qeyzerlər və mineral bulaqlar Kamçatka yarımadasının əsas görməli yerləridir. Yarımadada Şiveluç, Klyuçevskaya, İçinskaya, Koryakskaya sopka kimi sönməmiş böyük vulkanlar yerləşir.
 
Kamçatka yarımadasının bitki və heyvanat aləmi zəngindir. Bura təqribən 220 növ quşun, 270 növ balığın məskənidir. Burada  təxminən 1200 növ bitki bitir.