YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Nərimanbəyov Toğrul

Azərbaycan Xalq Rəssamı
 
1930-cu il avqustun 7-də Bakı şəhərində anadan olub.
 
Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində, 1950-1955-ci illərdə Vilnüs şəhərində Litva Rəssamlıq İnstitutunda təhsil alıb.
 
Toğrul Nərimanbəyov 1952-ci ildən rəssamlıq sərgilərinin iştirakçısıdır. 1962-ci ildən Moskva, Vilnüs, Praqa, Varşava və Avropanın digər şəhərlərində rəssamın fərdi sərgiləri təşkil olunur.
 
O, həmçinin teatr dekorasiyaları üzərində də işləyib. M.F.Axundov adına Azərbaycan Opera və Balet Teatrında Fikrət Əmirovun “Nəsimi haqqında dastan” poemasının və “1001 gecə” baletinin səhnə tərtibatına görə Azərbaycan SSRİ-nin Dövlət mükafatına layiq görülüb.
 
Toğrul Nərimanbəyovun rəsm əsərləri Tretyakov qalereyasında, Paris və London şəhərlərinin muzeylərində nümayiş olunur, həmçinin şəxsi kolleksiyalarda saxlanır.
 
Rəssamın portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi əsərlərindən "Bayıl mənzərəsi", "Fırtınadan da güclü", "Səadət", "Sevinc", "Həyat naminə", "İşıqlı gələcək uğrunda", "Şair Fikrət Qoca", "Rəssamın ailəsi", "Yazıçı Anar", "Səttar Bəhlulzadə", "Ana", "Emalatxanada", "Kafedə", "Qız Qalası", "Talış dağlarında", "Yaylaqda", "Çoban ailəsi", "Məhsul bayramı", "Bağda çayxana", "Bakıda bazar"  və  və başqalarını qeyd etmək olar.