YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Babayev Nəbi Ələkbər oğlu (Nəbi Xəzri)

Azərbaycan şairi və nasiri, dramaturq, publisist, tərcüməçi, Azərbaycanın Xalq Şairi, Əməkdar İncəsənət Xadimi
 
1924-cü ildə Xırdalan şəhərində anadan olub.
1947-ci ildə Azərbaycan Dövlət Universitetini, 1949-cu ildə Leninqrad Dövlət Universitetini, 1952-ci ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
1942-1943-cü illərdə Böyük Vətən müharibəsində iştirak edib. Tərxis olunduqdan sonra “Kommunist” qəzetinin redaksiyasında korrektor, həmçinin Azərbaycan radiosunda diktor işləyib.
1945-ci ildə SSRİ Yazıçılar İttifaqına qəbul olunub.
 
“Dəniz zirvədən başlayır” poeziya toplusuna görə SSRİ Dövlət Mükafatına layiq görülüb.
 
1971-1974-cü illərdə Azərbaycanın mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb.
 
Nəbi Xəzrinin şerləri və poemaları bir çox dillərə tərcümə edilərək dərc olunub.
 
Azərbaycan Respublikasının ali dövlət mükafatlarıa “Şərəf” və “İstiqlal” ordenlərinə layıq görülüb.
 
2007-ci il yanvarın 15-də vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.