YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bonsay sənəti

Əsl ağacın miniatür şəkildə dəqiq oxşarının becərilməsi sənəti
 
Bitkinin boyu yastı kök sisteminin hesabına nizamlanır. Bonsay üslubu Çində yaranıb və Tan sülaləsinin (VIII-X əsrlər) dövrünə aiddir.
 
Əvvəlcə bonsayı buddist rahibləri yetişdirib. Lakin yüz illər keçdikdən sonra onlar bu sənəti xalq arasında yayıb.
 
Əfsanəyə görə imperatorlardan biri bütün ağaclar, şəhərlər, çaylar və dağlarla birgə miniatür imperiya hazırlamağı əmr edir. Bu məqsədlə də miniatür ağaclar yaradılır.
 
Bu sənət Yaponiyaya VI əsrdə buddist rahiblər tərəfindən gətirilib. Yetişdirilən bitkilər evin divarını bəzəmək üçün istifadə olunub. Buna görə də, ağacların maksimal hündürlüyü yarım metri keçməyib. Bonsayı adi ağacların bir çox növündən becərmək mümkündür.
 
Belə ağaclar bir neçə əsr yaşayaraq cəmi 60-80 metr hündürlüyə qədər boy ata bilər.
 
Hazırda ABŞ-da yetişən “Yamaki” şam ağacının yaşı 375 ili keçib. İlk bonsay sərgisi 1914-cü ildə Tokio şəhərində təşkil olunub.