YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Oxlu kirpi

Oxlu kirpi gəmiricilər dəstəsinin nümayəndəsidir.  
 
Onun bədəninin uzunluğu təqribən 80 santimetr, çəkisi 13 kiloqramdır. Qalın enli bədəni sıx düzülmüş qısa və uzun iynələrlə örtülüb. İynələrin uzunluğu bəzən yarım metrə çatır. 
 
Oxlu kirpinin iynələri müdafiə funksiyası yerinə yetirir, onların sayı 30 minə çata bilər. İynələr gəmiricinin suyun üzündə qalmasına  kömək edir. 
 
Planetimizdə oxlu kirpilərin cəmi dörd növü var. 
 
Bu heyvanların dişləri çox möhkəmdir. Oxlu kirpi qalın məftili dişləri ilə asanlıqla qırır. O, müxtəlif bitkilərin kökü, habelə alma, itburnu, yemişanla qidalanır. 
 
Əsasən gecə həyatı sürür. 
 
Oxlu kirpilər Avropa, Afrika, Hindistan, Cənubi Amerika, habelə Amerika Birləşmiş Ştatları və Kanadada yaşayır. Bu heyvanlara Orta Asiyada və Qazaxıstanda da təsadüf olunur. 
 
Daraqlı oxlu kirpilər başqa gəmiricilərdən daha uzunömürlüdür, rekord göstərici 27 ildən çoxdur.