YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bosfor

Bosfor (türkcə İstanbul boğazı) – Avropa ilə Kiçik Asiya arasında Qara dəniz ilə Mərmərə dənizini birləşdirən boğazdır. 
 
Eyni zamanda Cəbəllütariq boğazı ilə birlikdə Qara dənizi Egey dənizi ilə birləşdirir. Boğaz Türkiyənin ən iri şəhərini – İstanbulu iki hissəyə ayırır. 
 
Onun uzunluğu təqribən 30 kilometr, maksimum eni (şimalda) 3700 metrdir. Boğaz vaxtilə dəniz suyuna qərq olmuş çay vadisidir. 
 
Onun sahillərini üç körpü  - əsas gözünün uzunluğu 1074 metr olan Bosfor körpüsü, Fatih Sultan Mehmet körpüsü (1090 metr), habelə Yavuz Sultan Səlim avtomobil-dəmir yolu körpüsü (1408 m) birləşdirir. 
 
Bundan əlavə, Bosforun iki sahili arasında 13,6 kilometr uzunluğunda “Marmaray” dəmir yolu tuneli çəkilib. Bu tunel İstanbulun Avropa və Asiya hissələrinin nəqliyyat sistemlərini birləşdirir. 
 
Bosfor ən vacib boğazlardan biridir, çünki Rusiya, Ukrayna, Cənubi Qafqaz  və Cənub-Şərqi Avropanın böyük hissəsinin Aralıq dənizinə və dünya okeanlarına çıxışını təmin edir.