YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Avtoportret

Avtoportret rəssam və yaxud heykəltəraşın özü tərəfindən yaradılan portretə deyilir. Avtoportretlər ona görə qiymətlidir ki, onlarda sənətkarlar şəxsiyyətlərinə və yaradıcılıqlarına xas olan və heç kimin duya bilmədiyi keyfiyyətləri ifadə edirlər. Bu portret janrının ən qədim nümunəsi antik dövrdə məşhur heykəltəraş Fidi tərəfindən yaradılmışdır. 
 
Dünya incəsənətində sonralar da S.Bottiçelli, Rafael, A.Dürer, Titsian, Rembrandt, V.V.Qoq, P.Sezann tərəfindən maraqlı avtoportretlər çəkilmişdir. 
 
Azərbaycan təsviri sənətində ilk avtoportretin yaradıcısı Bəhruz Kəngərli olmuşdur.
Tağı Tağıyev, Rasim Babayev, Toğrul Nərimanbəyov, Tofiq Ağababayev, Nağdəli Xəlilov, Faiq Əkbərov və.b. çəkdikləri əsərləri də bu janrın yaddaqalan nümunələrindən saymaq olar.