YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sumqayıt

Sumqayıt

 

Azərbaycan Respublikasında respublika tabeli şəhər

 

Əhalisinin sayına görə Azərbaycanın ikinci, sahəsinə görə Bakıdan və Gəncədən sonra üçüncü böyük şəhəridır.

 

Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində düzənlik ərazidə yerləşir.

 

Ərazisi 94.17 kvadrat kilometr, əhalisinin sayı 336 min (2015) nəfərdir.

 

Tarixçilərin fikrincə müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midiyalılar məskunlaşıb.

 

Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansaranın qalıqları tapılıb.

 

Abşeron yarımadasını ağır sənaye mərkəzinə çevirmək üçün bölgədə ikinci sənaye mərkəzi tikmək planlaşdırılır. İlk tikinti işləri 1938-ci ildə başlasa da, İkinci Dünya müharibəsi ilə əlaqədar dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur.

 

Şəhərin salınmasında azərbaycanlılarla yanaşı müharibədə əsir düşmüş almanlar da iştirak edib.

 

1949-cu ildə Sumqayıta şəhər statusu verilib.