YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İmmiqrasiya (mühacirət)

İmmiqrasiya elə bir prosesdir ki, bu zaman bir dövlətin vətəndaşları başqa ölkədə ya müvəqqəti, ya da uzun müddətə məskunlaşırlar.


Tarix boyu milyonlarla insan yaşamaq üçün yeni torpaqlara köçüblər. Belə hallarda ölkədən çıxıb getməyə emiqrasiya deyilir. İnsanlar öz ölkələrini ən müxtəlif səbəblər üzündən tərk edirlər və ya emiqrasiya edirlər. Onlar, həmçinin təqiblərdən, müharibələrdən, təbii fəlakətlərdən, ya da aclıqdan və ya xəstəliklərdən xilas olmaq üçün bunu edirlər. Bu səbəblər üzündən emiqrasiya edən adamlara qaçqın deyirlər. Bəzən isə insanlar öz maddi rifahlarını yüksəltmək üçün emiqrasiya edirlər. 


XIX əsrin əvvəlindən 1930-cu illərə kimi olan dövr tarixdə ən kütləvi miqrasiya dövrüdür. 60 milyona yaxın adam yeni ölkələrdə məskunlaşdı. Onların böyük hissəsi Avropadan gəlmişdi, yarısından çoxu isə Amerika Birləşmiş Ştatlarına köçmüşdü. Həmin dövrdə ABŞ-da mühacirləri qəbul edən əsas mərkəz Nyu-York yaxınlığındakı Ellis-Aylenddə idi. Həmin dövrdə çoxlu insanların mühacirət etdiyi ölkələr sırasında Avstraliya və Cənubi Afrika əsas yerləri tuturdu.