YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Şeyx Səfiəddin türbəsi

Şeyx Səfiəddin türbəsi orta əsrlərə aid Azərbaycan memarlıq abidəsidir. Ərdəbildə tikilmiş bu memarlıq kompleksinə Şeyx Səfiəddin türbəsi, ünsxana, məscid, zəvvarlara məxsus otaqlar və s. daxildir. İçərisi qızıl və gümüş əşyalarla bəzədilib. Kompleks Ərdəbilin bazar meydanı qarşısında yerləşir. Giriş qapısı – Ali qapı baştağından bağ-həyətə yol gedir. Şərq divarındakı qapı onu kiçik keçid həyətinə birləşdirir. Böyük həyətinin uzunluğu 31, eni 16 metrdir. 


Binaların ən qədimi 13-cü əsrdə tikilmiş Cənnətsara məscididir. Bu məsciddən sonra kompleksin əsasını təşkil edən Şeyx Səfi türbəsi (XIV əsr, memar Əvəz Məmməd oğlu) tikilib, XVI-XVII əsrlərdə isə başqa tikililər inşa edilərək tamamlanıb və kompleks indiki formasını alıb. Türbənin gövdəsində kərpic düzümündən “Allah” kəlməsi yazılıb. Böyük həyətdə içərisi qızıl əşyalarla bəzədilmiş I Şah İsmayılın türbəsi diqqəti cəlb edir. Kümbəzinin zirvəsində qızıl qılınclar baş-başa çatılıb. I Şah İsmayılın anası Aləmşah bəyimin türbəsi də bu həyətdədir. Bunların cənubunda yerləşən həyətdə isə digər səfəvi hökmdarları, şahzadə və əmirləri dəfn olunub. 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinə əsasən Şeyx Səfiəddin kompleksinin zəngin kitabxanası hərbi qənimət kimi Peterburqa aparılıb.