YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Cabbarlı Cəfər

Azərbaycan şairi, yazıçı və dramaturqu Cəfər Cabbarlı (1899-1934) ilk təhsilini mollaxanada aldı. Lakin mollaxana təhsili Cəfəri təmin etmədi. O, Bakıdakı rus-tatar (Azərbaycan) məktəbinə daxil oldu. Onun ədəbiyyata marağını sevimli müəllimləri Abdulla Şaiq və Süleyman Sani Axundov daha da artırdılar. İbtidai məktəbi bitirdikdən sonra o, bir sənət öyrənib ailəsinə maddi yardım etmək məqsədi ilə Bakı politexnik məktəbinə girməyə məcbur oldu. Lakin Cəfər ilk vaxtlarda şeirlər (“Bahar”, “Üstünə”, “Ölkəm”) və hekayələr (“Aslan və Fərhad”, “Mənsur və Sitarə”) yazdığına baxmayaraq ədəbiyyatımızın tarixinə, əsasən, dramaturq kimi daxil olmuşdur.

 

Onun “Vəfalı Səriyyə”, “Solğun çiçəklər” kimi ilk pyeslərində gerilik, cəhalət, avamlıq, tamahkarlıq kimi hallar tənqid olunursa, “Nəsrəddin şah”, “Aydın” və “Oqtay Eloğlu” pyeslərində daha ciddi ictimai, siyasi və mənəvi-əxlaqi problemlər qaldırılırdı. Cəfər Cabbarlı bütün istedadını, bilik və bacarığını ömrünün son dəqiqəsinədək milli mədəniyyətin inkişafına sərf etdi. Onun “Od gəlini”, “Sevil”, “Almaz”, “1905-ci ildə”, “Yaşar” pyesləri Azərbaycan dramaturgiyasının qızıl fonduna daxil olmuşdur.