YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Hacıbəyli Üzeyir

Hacıbəyli Üzeyir Əbdülhüseyn oğlu (1885-1948) Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, dramaturq, publisist, pedaqoq, ictimai xadim və həmçinin Azərbaycan professional  müsiqi sənətinin və milli operasının banisi olmuşdur.

 

Ü.Hacıbəyli ibtidai təhsilini ikiillik Rus-Azərbaycan məktəbində almış, Qori Müəllimlər Seminariyasını bitirmiş, bir neçə il müəllimlik etmişdir. O, 1908-ci il yanvarın 12-də  Bakıda H.Z.Tağıyev teatrında görsədilən "Leyli və Məcnun"  oprası ilə təkcə Azərbaycanda deyil, bütün Şərqdə opera sənətinin əsasını qoymuşdur.

 

O, musiqi təhsilini artırmaq üçün 1911-ci ildə Moskvaya gedir, orada filarmonik cəmiyyətlərin musiqi kurslarında oxuyur, 1918-ci ildə isə Peterburq konservatoriyasına daxil olur.

 

Ü.Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm", "Harun və Leyli" muğam operalarını bəstələmişdir. Onun "O olmasın, bu olsun", "Ər və arvad", "Arşın mal alan" musiqili komediyaları hələ də xalqımız tərəfindən sevilə-sevilə baxılan əsərlərdəndir. 

 

Ü. Hacıbəyli 1931-ci ildə Azərbaycanda ilk notlu çalğı alətləri orkestri təşkil etmiş və drijoru da özü olmuşdur.

 

İlk dəfə 1937-ci  il aprel ayının 30-da tamaşaya qoyulan  "Koroğlu" operası onun yaradıcılığının zirvəsini təşkil edir.