YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qrenlandiya

Atlantik okeanının şimalında yerləşən Qrenlandiya dünyanın sahəsinə görə ən böyük adasıdır. Hərfi mənası “yaşıl ölkə” və ya “yaşıl yer” deməkdir. Adanın qərb və cənub-qərbindən isti Qərbi Qrenlandiya cərəyanı keçdiyinə görə sahilboyu ərazilərdə çəmənliklər əmələ gəlir. Ona görə də, X əsrdə adaya gələn vikinqlər əraziyə belə ad veriblər.

 

Danimarkanın muxtar bölgəsi olan ada, şimal qütbündə yerləşir.

 

Davis Boğazı, Baffin Dənizi, Smiy, Kennedy və Robenson boğazları ilə cənub-şərqdə İslandiyadan, şimal-şərqdə də Svalbarddan ayrılan bir adadır.

 

Adanın 81 faizi buzlaqlarla örtülüb və bu buz qatı 3 kilometr qalınlığında olub, dəniz səviyyəsindən aşağıdadır.

 

Ada əhalisinin əksəriyyətini xristian katolikləri təşkil edir. Bir qismi isə qeyri-ənənəvi dinlərə sitayiş edirlər. Əhalisinin çox hissəsi sahildə yerləşən taxta evlərdən ibarət kəndlərdə yaşayır. Bir hissəsini danimarkalılar, çox hissəsini isə inuitlər təşkil edir. Qrenlandiyalıların böyük hissəsi ölkənin inkişaf etmiş balıqçılıq sənayesində işləyir. 

 

Qrenlandiyada orta temperatur mənfi 7 dərəcədir. İqlimin quru və günəşli olduğu Qrenlandiyada qış fəsli olduqca soyuq və sərt keçir. Yalnız qışda deyil, yay aylarında belə, buzlu ərazilərdə hava temperaturu mənfi dərəcədən yuxarı qalxmır. Ancaq ilıq su axınının təsiri ilə cənub və qərb sahillərində iqlim daha yumşaq olur.