YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Atatürk Mustafa Kamal

Atatürk, Qazi Mustafa Kamal (1881-1938) Türkiyə Cümhuriyyətinin qurucusu, Türkiyə dövlət, hərbi və siyasi xadimi olmuşdur. 1923-1938-ci illərdə Türkiyənin ilk prezidenti olmaqla ölkəyə rəhbərlik etmişdir. Atatürk adı ona 1934-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə verilmişdir.

 

M.Kamal Birinci Dünya müharibəsi zamanı Dardanel boğazının müdafiəsində şücaət görsədərək general rütbəsi və paşa titulu almışdır. 1919-cu ildə Anadoluda başlayan və sonra onun adı ilə adlandırılan “kamalçılar” hərəkatına başçılıq etmişdir. Antanta ordusu İstanbulu işğal edəndən və ingilislər “Məclisi-məbusan”ı (Deputatlar palatası) dağıdandan sonra Atatürk 1920-ci il aprelin 23-də Ankarada yeni parlament-Türkiyə Böyük Millət Məclisini yaratdı: o, məclisin və təşkil etdiyi hökumətin sədri seçildi və ingilis-yunan müdaxiləçilərinə qarşı milli azadlıq müharibəsinə rəhbərlik etdi. 1922-ci ildə Atatürkün rəhbərliyi ilə Türk ordusu müdaxiləçiləri tamamilə darmadağın etdi.

 

Onun təşəbbüsü ilə 1923-cü il oktyabrın 29-da Türkiyə respublika elan edildi və bununla da Türkiyə Cümhuriyyətinin əsası qoyuldu. O, bir sıra islahatlar apararaq ölkənin sürətli inkişafına nail oldu. Bu gün də Türkiyə onun qoyduğu qayda-qanunlara hörmətlə yanaşır və ideyalarını həyata keçirir.