YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bəstəkarlar İttifaqı

Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycanda professional bəstəkar və musiqişünasların ən böyük yaradıcılıq təşkilatıdır və öz fəaliyyətində Azərbaycan musiqi sənətinin yaradıcılıq çoxcəhətliliyini, milli musiqi klassikasının və dünya musiqi mədəniyyətinin ən yaxşı ənənələrinin qorunub saxlanması və yeniləşdirilməsi prinsiplərini əsas götürür. Azərbaycan Bəstəkarlar İttifaqının yaranma tarixi 1934-cü ilə təsadüf edir.


1934-cü ilin iyunun 30-da  on yeddi nəfərin iştirakı ilə Azərbaycan Bəstəkarlarının təsis yığıncağı keçirilib. Həmin on yeddi nəfərin yalnız üçü (Əfrasiyab Bədəlbəyli, Zülfüqar Hacıbəyov və Niyazi) azərbaycanlı bəstəkar, milli kadr olub.       


İttifaqın həyatında ən önəmli hadisə isə üç il sonra, 1937-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin təşkilata sədr seçilməsi ilə baş verib. Bu seçim qısa zamanda İttifaqın fəaliyyət dairəsini genişləndirib, onun nüfuzunu artırıb, sıralarını milli kadrlarla zənginləşdirib. 


Ü. Hacıbəyli İttifaqa 11 il rəhbərlik edib. Ötən illərdə dünya musiqi mədəniyyətinə möhtəşəm musiqi əsərləri bəxş edən tanınmış Azərbaycan bəstəkarları İttifaqın üzvləri olub, onun inkişafına töhfələrini veriblər.