YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Nəqliyyat

Müasir nəqliyyat sisteminə quru yol nəqliyyatı, dəmir yol, metro, tramvay, trolleybus, avtobus, taksi, yük avtomobili, magistral boru və qaz kəməri, su nəqliyyatı- dəniz, daxili su, hava nəqliyyatı, köməkçi və əlavə nəqliyyat sahələri daxildir.

 

Nəqliyyat növləri bir-biri ilə əlaqədardır və fəaliyyət prosesində biri digərini tamamlayır. Qədim İpək Yolunun Azərbaycandan keçməsi burada nəqliyyatın tarixi növlərinin formalaşmasında xüsusi rol oynamışdır. Tarixi İpək Yolu iki min ildən artıq dövr ərzində işlək ticarət yolu kimi bəşəriyyətin inkişafında müstəsna rol oynamışdır. Məhz buna görə elmi-texniki tərəqqinin cəmiyyət həyatının bütün sahələrində yaratdığı radikal yeniliklər onun əvvəlki imkanlarından istifadə edilməsi zərurətini irəli sürdü. 

 

Perspektivdə dünyanın onlarla ölkəsini birləşdirəcək qədim İpək Yolu vasitəsilə qarşılıqlı əməkdaşlığın genişlənməsinə marağı olan dövlətlər arasında coğrafi mövqeyinə, təbii-iqtisadi potensialına və digər imkanlarına görə Azərbaycan Respublikası xüsusilə seçilir. Bu yolun Azərbaycanın  gələcək sosial-iqtisadi təraqqisində çox mühüm qüvvəyə çevriləcəyini qabaqcadan görən Heydər Əliyev TRASEKA lahiyəsi ideyasının yaranması və tezliklə gerçəkləşməsində müstəsna rol oynadı. Onun bu sahədə böyük səylərinin başlıca nəticələrindən biri kimi, Avropa Birliyi Komissiyası və Respublikamızın birgə təşəbbüsü ilə 1998 il sentyabrın 7-8- də Bakıda 32 ölkə və 13 Beynəlxalq təşkilatdan nümayəndə heyətinin təmsil olunduğu Beynəlxalq Konfrans keçirildi.

 

Konfransda imzalanmış sənədlər böyük siyasi və iqtisadi əhəmiyyət kəsb edərək, Avropa- Qafqaz- Asiya nəqliyyat dəhlizində yerləşən ölkələrin inkişafı, onların təbii ehtiyatlarının mənimsənilməsi, iqtisadi potensialından daha səmərəli istifadə olunması, ticarətin və iqtisadi əməkdaşlığın genişlənməsi üçün etibarlı zəmin yaratdı.