YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Hindistan

Hindistan Asiyanın cənubunda yerləşən böyük ölkədir. Onun əhalisi, demək olar ki, bir milyard nəfəri təşkil edir, ancaq Çində bundan çox adam yaşayır. Hindistandan şimalda Himalay dağlarının zirvələri ucalır. 

 

Çoxsulu Qanq və Brahmaputra çaylarının kəsişdiyi məhsuldar şimal düzənliklərində əhali daha sıx yaşayır. Cənubu düz relyefli yayladan ibarətdir, sahil boyu isə Qat dağları uzanıb gedir.

 

Yayda Hindistanda hava çox isti və quru olur. Ölkənin bəzi hissələri, demək olar ki, səhralardan ibarətdir. Amma mussonlar adlandırılan küləklər hər il ölkənin şimal-şərqinə leysan yağışları gətirir. Şərqi Hindistandakı Şillonq platosu dünyada ən rütubətli yerlərdən biridir, burada illik yağıntıların miqdarı orta hesabla 1087 sm-dir. 

 

Hindistanın əhalisinin çox hissəsi kənd təsərrüfatı ilə məşğul olur və kənddə yaşayaraq düyü, taxıl, çay, pambıq və cut becərir. Cutdan alınan təbii liflərdən kisə, kəndir və s. hazırlanır. Hindistanda sənaye də sürətlə inkişaf edir. 

 

Kəlkətə və Mumbai kimi çoxsaylı əhalisi olan şəhərləri dünyanın ən böyük şəhərləri sırasına daxildir. Hind və ingilis dilləri əsas dillərdir, amma yüzlərlə başqa dillər də mövcuddur. Hindistanlıların əksəriyyəti hinduizm dininə etiqad edirlər, amma islama etiqad edənlər də çoxdur.

 

Hindistanda bundan başqa buddizm və xristianlıq da daxil olmaqla, çoxlu başqa dinlər də mövcuddur.

 

XVII əsrdə Hindistana Britaniya ticarət şirkətləri gəlməyə başladılar. Bütün XIX əsr boyu o, Britaniyanın müstəmləkəsi oldu. 1920-ci ildə Mohandas Qandi Britaniya hakimiyyətinə qarşı uzunmüddətli mübarizəyə başladı və 1947-ci ildə Hindistan müstəqillik əldə etdi. Britaniya hökuməti öz keçmiş müstəmləkəsini iki müxtəlif dövlətə- Hindistana və Pakistana böldü.