YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Manarov Musa

Musa Manarov 22 mart 1951-ci ildə Bakıda anadan olub. O, 1990-1995, 2007-2011-ci illərdə Rusiya Federasiyası Dumasının deputatı olub və hazırda “Vahid Rusiya” partiyasının üzvüdür. 2011-ci ildə kosmonavtika sahəsindəki xidmətlərinə görə Rusiya federasiyasının prezidenti tərəfindən xüsusi medalla təltif edilib.

 

Hazırda kosmosda ən çox vaxt keçirmiş 8-ci insandır. 21 dekabr 1987-ci il - 21 dekabr 1988-ci il tarixləri arasında uçuş mühəndisi olaraq "Soyuz TM-4" gəmisində kosmosda olub (365 gün, 22 saat, 38 dəqiqə). Daha sonra 2 dekabr 1990 - 26 may 1991-ci il tarixləri arasında yenə uçuş mühəndisi olaraq "Soyuz TM-11" gəmisində kosmosda olub (175 gün, 1 saat, 50 dəqiqə). Musa Manarov Bakının onun taleyində yalnız pozitiv rol oynadığını və fəzaya qalxan ilk azərbaycanlı olmağından böyük qürur duyduğunu öz müsahibələrində qeyd edib.


2013-cü ilin dekabrında Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin “Kosmosa səyahət” sərgisinin təqdimatı zamanı Musa Manarov çıxış edərək, hazırda Azərbaycanda diqqətin səmaya yönəldiyini deyib: “Düşünürəm ki, gənclər getdikcə kosmosa maraq göstərəcək və gələcəkdə Azərbaycandan da astronavtlar olacaq. Azərbaycan mənim vətənimdir. Azərbaycanda Yerin dərin qatlarına həmişə diqqət çox olub. Bunun nəticəsidir ki, Azərbaycan neft ölkəsidir. Qəhrəman Azərbaycan neftçilərinin əməyi və bu neftin sayəsində İkinci Dünya müharibəsində qələbə qazanmaq mümkün olub”.


2013-cü ildə məşhur Meksika kinorejssoru Alfonso Kuaronun açıq kosmosda olmuş kosmonavtlar haqqında çəkdiyi və bütün dünyada maraqla izlənmiş “Qravitasiya” filmində Musa Manarov ekspert rolunda çıxış edib.