YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Himalay dağları

Himalay dağları nəhəng sədd yaradaraq Asiyanı köndələninə kəsən və Hindistanı cənubda Tibetdən, şimalda isə Çindən ayıran dünyanın hündür dağ silsiləsidir. 

 

Asiyanın nəhəng çaylarının çoxu öz mənbələrini Himalay dağlarından götürür və onlar əriyən qar və buz suları ilə qidalanırlar.

 

Təyyarə və vertolyotlar ixtira olunana qədər Himalay dağlarına qalxmağa cürət edən cəsur adam nadir hallarda tapılırdı. Hətta indi də dağlardan çox az avtomobil və dəmiryolu xətləri keçir.

 

Çox vaxt yeganə hərəkət üsulu sıldırım dağ cığırları ilə piyada getməkdən ibarətdir. Ağır yükləri daşımaq üçün at, yak, dağ keçiləri və hətta qoyunlardan istifadə olunur. 

 

Himalay Pakistan, Hindistan, Butan, Tibet və Nepal ölkələrinin ərazisindən keçir. Dağ silsiləsi 30 dağdan və dünyanın 9 ən uca zirvəsindən ibarətdir. O, şimalda Tibet platosu, cənubda isə Hindistan düzü ilə sərhəd rolunu oynayır. Silsilənin ümumi uzunluğu 2400 km-dir. Həmçinin, Himalay Cənubi Asiya ölkələrinin mifologiyasında böyük rola malikdir. Əsrlərlə Himalay Nepal və Hindistan inanclılar üçün ziyarət məkanı, alpinistlər üçün isə ən böyük məqsəd olmuşdu. Edmund Hillari və Tensinq Norveyin Everesti fəthindən sonra Himalaya olan maraq bir qədər də artır. 

 

Dünyada ən hündür dağ Himalay dağlarındadır. Bu hündürlüyü 8848 metr olan Everest və ya Comolunqmadır.