YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dalğa

Dalğaları dənizin üzərində əsən külək əmələ gətirir. Dalğaların ölçüsü və sürəti küləyin gücündən və küləktutan sahilə qədər olan məsafədən asılıdır.

 

Xəfif briz dənizin səthində yüngül ləpələr yaradır, fırtına küləyi isə böyük ev boyda dalğalar yarada bilir.

 

Ləpələrin və dalğaların okeanın səthində hərəkət etməsinə baxmayaraq, suyun özü onlarla birlikdə hərəkət etmir. Sadəcə olaraq, hər bir yeni dalğa su hissəciklərini əvvəl qaldırır, sonra isə endirir, su hissəcikləri bütün üzən obyektlər üçün –ya dəniz quşu, ya da boş butulka olsun- dayaq rolunu oynayır. Bunu bilərək quşun və ya butulkanın nəyə görə aşağı və yuxarı yelləndiyini və bu zaman dalğalarla birlikdə nəyə görə irəli, geri və ya kənarlara hərəkət emədiyini başa düşmək çətin deyil.

 

Ən böyük dalğalar-sunamilər, sualtı zəlzələlər, dəniz dibinin tava daşlarının yerdəyişməsi və ya yeraltı vulkanlar nəticəsində baş verir. 

 

Sunami sahilə çatanda bu, həmişə böyük dağıntılar və insan tələfatı ilə nəticələnir.

 

Dəniz dalğaları küləkdən aldıqları enerjini daşıyırlar. Bu enerjini elektrik enerjisinə çevirmək olar. Dəniz dalğalarını enerji mənbəyi kimi istifadə edən eksperimental qurğulardan biri “ördək” adı almışdır. Belə “ördəklər” xüsusi generatorlarla təchiz olunurlar.

 

Dalğa “ördək” burnunu tərpədəndə eyni zamanda generatoru da hərəkətə gətirir.