Nitq və yazı
On minlərlə il bundan əvvəl tarixdən qabaqkı insanlar tədricən şifahi nitq yaratdılar. Yazı icad olunana qədər informasiyanı ancaq deyilən sözləri yadda saxlamaqla və ya şəkillərin köməyi ilə qoruyub saxlamaq olurdu.
Mesopotamiyada yaşayan şumerlər təqribən 3500 il əvvəl ilk yazı sistemini icad etdilər. Onlar öz fikirlərini kiçik rəsmlər vasitəsilə ötürürdülər. Qədim misirlilər heroqlifləri-rəsmlərin köməyi ilan digər yazı növünü yaratdılar.
Bizim eradan təqribən 1000 il bundan əvvəl Yaxın Şərqdə 22 işarədən ibarət yeni yazı sistemi yarandı. Hər bir işarə müəyyən səsə uyğun gəlirdi. Yanaşı yazılmış bir neçə işarə ilə söz düzəltmək olurdu. Hazırda dünya dillərinin çoxunda buna bənzər sistemlərdən istifadə olunur.
Ərəb və Çin dillərinin də öz yazı sistemləri var. Yazının kağız üzərindəki qabarıq nöqtələr şəklində yazılması kimi xüsusi sistem də var, bu kor adamların barmaqlarının ucu ilə oxuması üçün düzəldilmiş Brayl əlifbasıdır.
23.07.2018