YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yohann Volfqanq Höte

Alman şairi, dövlət xadimi, mütəfəkkiri və naturalisti Yohann Volfqanq Höte (1749-1832) tarixdə “100 ən çox öyrənilmiş şəxsiyyət” siyahısına daxil edilib. O, Almaniyanın ticarət şəhəri Frankfurt-Maynda hüquqşünas, imperator müşaviri Yohann Kaspar Hötenin və zadəgan qızı Katarina Elizabet Hötenin ailəsində dünyaya göz açıb. Yohann Volfqanq Höte evdə yaxşı təhsil alıb. 1765-ci ildə Leypsiq Universitetində təhsilini davam etdirib. 1770-ci ildə Strasburqda dissertasiya müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsini alıb.


Höte poeziya, dram, nəsr janrlarında, habelə avtobioqrafik və epistolyar əsərlər yaradıb. Onun iki hissədən ibarət “Faust” dram-poeması dünya ədəbiyyatının ən gözəl nümunələrindən biridir. Bu əsəri 23 yaşında yazmağa başlayıb, 82 yaşında tamamlayıb. Hötenin yaradıcılığında, həmçinin “Vilhelm Meysterin təhsil illəri” romanını, “Gənc Verterin iztirabları” məktub-romanını, “Seçmə oxşarlıq” adlı qismən avtobioqrafik romanını qeyd etmək olar. 


Höte alman ədəbiyyatının və XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Almaniyada Veymar klassisizmi hərəkatının önəmli simalarından biri olub. Veymar hərəkatı o dövr Avropa və Almaniyada sentimentalizm, fırtına və hücum, romantizm ədəbi-fəlsəfi cərəyanları ilə eyni dövrdə meydana gəlib. 


Yaradıcılığında Şərq ədəbiyyatına müraciət edən Höte onu yüksək qiymətləndirib. O, “Qərb-Şərq” divanını bu ədəbiyyatın təsiri altında yazıb.


“Rənglərin nəzəriyyəsi” əsərində Höte bitkilərin morfologiyasına dair elmi fikirləri ilə Darvinə ciddi təsir göstərib. Hötenin yaradıcılığı sonralar ümumilikdə Avropa musiqisi, dramaturgiyası, poeziya və fəlsəfəsinin əsas ilhamverici qüvvəsinə çevrilib.


Yohann Volfqanq Höte 1832-ci il martın 22-də Veymarda vəfat edib.