YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Aborigenlər


“Aborigenlər” sözü hər hansı bir ölkənin ərazisində yaşamış ilk insanları bildirir. Məsələn, Avstraliya aborigenləri Avstraliyaya təqribən 40000 il bundan əvvəl Cənub-Şərqi Asiyadan gəliblər.

Onlar daimi yaşayış məskənlərinə malik deyildilər, materik boyu gəzib dolaşaraq ovçuluq və yığıcılıq vasitəsilə qida əldə edirdilər. Onların əsas silahı bumeranq və metal nizə idi. Təqribən 200 il əvvəl Avstraliyada məskunlaşmış avropalılar ilk vaxtlar aborigenlərlə çox pis rəftar edirdilər. Amma indi aborigenlər Avstraliyanın tamhüquqlu vətəndaşıdır. 

Avstraliya hökuməti tarixən aborigenlərə məxsus olmuş bəzi əraziləri onlara verib.