YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ağac

Ağaclar çox gözəl və faydalı bitkilərdir. Bəzi ağaclar bizə meyvə verirlər. Bir çox ağaclardan, birinci növbədə isə iynəyarpaqlı ağaclardan taxta-şalban alınır. Amma ağac təkcə qiymətli tikinti materialı deyil, ondan kağız düzəldir, həm də yanacaq kimi istifadə edirlər.


Ağaclar atmosferin çirklənməsinin qarşısını alan ən etibarlı müdafiə vasitəsidir. Onlar havanı işlənmiş qazlardan təmizləyir və şəhərlərin səs fonunu tənzimləyir. Bir ağac il ərzində atmosferə təxminən 120 kiloqram oksigen buraxır. Bu qədər oksigen üç nəfərdən ibarət bir ailənin bütün il boyu tənəffüsünə bəs edər. Ağac ona lazım olan qidanın 90 faizini atmosferdən, 10 faizini isə torpaqdan alır. 


İnkişaf etmiş kök, gövdə, yarpaq, çiçək, meyvə və toxuma malik olan ağaclar ali bitkilərdir. Ağacların gövdələri hündür və odunlaşmış olur, gövdə budaqlanaraq çətir əmələ gətirir. Çinar, qoz, fıstıq, şam, vələs, palıd, armud kimi bitkilərdə gövdə inkişaf etmiş oduncağa malikdir. Orta hündürlükdə bir ağacdan təxminən 170 000 karandaş hazırlamaq olar.


Müxtəlif ağacların diametri 12 sm-dən 160 sm-ə qədər dəyişir. Yetkin meşə ağaclarının yaşı 120-160 ildir. Respublikamızda yaşı 1000 ili ötən yoğungövdəli çinar, palıd, azatağac və qaraçöhrə ağacları mövcuddur.


Ağaclar yarpaqlarının quruluşuna görə iki yerə bölünür: enliyarpaqlılar və iynəyarpaqlılar.


İynəyarpaqlı ağaclar bunlardır: Şam ağacı və Küknar ağacı. İynəyarpaqlı ağaclar həmişəyaşıl ağaclardır.


Enliyarpaqlı ağacların yarpaqları yastı formada olur və adətən payızda rəngini dəyişir və tökülür.Yarpaqlar baharda yenidən cücərirlər.


Enliyarpaqlı ağaclar tozağacı,palıd,cökə,üzüm,ağcaqayın, qoz və s..


Qədimdə insanlar ağacdan ov ovlamaq üçün,isinmək üçün,vəhşi heyvanlardan qorunmaq üçün,qida əldə etmək üçün istifadə edirdilər.Qızınmaq,yemək hazırlamaq üçün ilk odu 2 ağac çubuğunu bir-birinə sürtməklə əldə etmişdilər.


Digər canlılara nisbətən müqayisədə ağaclar planetimizin ən uzun ömürlü varlıqlardır.