YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Buğda

Buğda- çox qiymətli qida bitkisidir. Buğdanın özü otun bir növüdür, dənələri isə onun toxumlarıdır.

 

Dəyirmanlarda buğdanı üyüdərək una çevirir və ondan çörək, bulka, piroq, pirojna bişirir, əriştə və makaron düzəldirlər. Buğdadan hazırlanmış bütün yeməklər faydalıdır, çünki hər bir dənin tərkibində bizim orqanizmimizi enerji ilə təmin edən nişasta var. Nişastadan başqa buğda dənələrində bədənin böyüməsi üçün lazım olan protein, eləcə də yağlar, mineral maddələr və kəpək var.

 

Çində, Hindistanda, Birləşmiş Ştatlarda, Fransada və Rusiyada buğdadan çox yüksək məhsul toplayırlar. Dünyada becərilən taxıl bitkiləri arasında buğda birinci yeri tutur.