YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Fortepiano

Bu musiqi alətinin adı tərcümədə “yavaş və ucadan” mənasını verən “piano-forte” italyan sözündən yaranmışdır.

 

İlk fortepiano 1709-cu ildə italyan ustası Bartolomeo Kristori tərəfindən yaradılmışdır. Bu musiqi alətinin adı onunla bağlıdır ki, fortepiano həmin dövrdə geniş yayılmış klavesindən daha yumşaq və müxtəlif səslərə malik idi. 

 

İlk pianoların simləri müasir royallarda olduğu kimi klavişlərdən alətin dərinliyinə doğru uzanaraq horizontal şəkildə yerləşirdi. Bizim adət etdiyimiz şaquli simli fortepianolar isə 1800-cü illərin əvvəllərində meydana çıxıb.

 

Müasir fortepianoların 88 klavişi və iki pedalı var.