YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Fotosurətçıxaran qurğu

Fotosurətçıxaran qurğu bir neçə saniyə ərzində kitabın bir səhifəsinin və ya məktubun tam surətini çıxarmaq qabiliyyətindədir. Siz surətçıxaran qurğunun içinə səhifəni qoyaraq düyməni basanda parlaq işıq yanır. Maşına quraşdırılmış linzalar qoyulmuş kağız vərəqin əksini toplayaraq səthi elektriklənmiş hamar metal barabanın üstünə köçürür. Səhifənin obrazı barabana köçəndən sonra təsvirin açıq rəngli sahələri elektrik yükünü neytrallaşdırır, barabanın tünd rəngli sahələri isə elektriklənmiş vəziyyətdə qalırlar.

 

Bundan sonra barabanın üstünə qara toz tökülür. Toz barabanın elektriklənmiş sahələrinə yapışır. Sonra barabana təmiz kağız vərəqi qoyurlar və onun üstündə qurğuya qoyulmuş səhifənin surəti çıxır. Bu proses kseroqrafiya adlanır.