YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Jelatin

Jelatin- heyvan mənşəli maddələrin qarışığıdır. Soyuq suda və durulaşdırılmış turşularda şişir, lakin həll olmur, qızdırıldıqda yapışqan məhlula çevrilir, o da soyuduqda həlməşik əmələ gətirir.

 

Sümük, qığırdaq, vətər və s.ni suda uzun müddət qaynatmaqla hazırlanır. Qaynatma zamanı tərkiblərindəki kollagen maddəsi qlütinə (yapışqana) çevrilir. Alınan məhlulun suyunu buxarlaşdırıb jele əmələ gəlincəyə qədər soyudur, sonra doğrayıb qurudurlar.

 

Jelatin təbəqə şəklində və ya narın halda istehsal edilir. Jelatin yeyinti sənayesində, foto və kino materialları sənayesində, texnikada, tibbdə və biologiyada işlədilir.