YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Xeyriyyəçilik

Xeyriyyəçi təşkilatlar ehtiyacı olan insanlara yardım göstərir və ya başqa ictimai-faydalı işlə məşğul olurlar. Kommersiya təşkilatlarından və firmalarından fərqli olaraq onların pul qazanmaq məqsədi yoxdur. Bir çox xeyriyyəçi təşkilatlar verilən ianələr hesabına yaşayır və işləyirlər. 


İnsanlar çətin vaxtlarda həmişə bir-birilərinə yardım göstəriblər. Ehtiyacı olana ya bir az pul, ya havayı yemək, ya da gecələməyə yer veriblər. Dinlərin çoxu öz tərəfdarlarına kasıb və xəstə adamlara yardım göstərməyi məsləhət görür. 


İlk xeyriyyəçi təşkilatlar hələ orta əsrlərdə meydana gəlib. O zaman onlar ancaq çox az adama yardım göstərə bilirdilər. Bizim günlərdə xeyriyyəçi təşkilatlar ən müxtəlif işləri görürlər. Bəziləri evsizlərə yardım göstərir, bəziləri isə aclıq çəkənlərə və ya təbii fəlakətlərdən- məsələn, zəlzələdən zərər çəkənlərə qida və dərman verirlər. Onlar həm də məktəb, muzey və xəstəxanalar üçün pul yığır, təbiəti mühafizə etməyə kömək edir, mühüm tibbi tədqiqatlar aparırlar.