YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Havayastıqlı gəmi

Havayastıqlı gəmi və ya uçan gəmi gövdəsinin altına vurulan sıxılmış havanın hesabına suyun səthinə qalxır, bunun sayəsində gəminin hərəkətinə olan müqavimət azalır. Bu, hava yastığının köməyi ilə hərəkət edən xüsusi nəqliyyat vasitəsidir.

 

Hava vintlərlə aşağı itələnir və yubka adlanan rezin yan divarlarla tutulub saxlanılır. Hava yastığı üzərində hərəkət prinsipini nəzəri cəhətdən  K.E. Sialkovski əsaslandırmış və ondan 1960-cı illərin ortalarında istifadə olunmağa başlanmışdır. 

 

Havayastıqlı gəmilər suda daha effektivdir, amma onlar sahil ərazilərində və düzənlik yerlərdə də hərəkət edə bilirlər. Onlar adi gəmilərdən daha sürətlidirlər. Onlara suyu yararaq hərəkət etmək lazım gəlmir, çünki havada asanlıqla şütüdüklərinə görə sürəti saatda 120 kilometrə qədər artıra bilirlər. Onların təyyarələrdən və vertolyotlardan üstünlüyü böyük ölçüdə olan yükləri daşıya bilmələridir. Havayastıqlı böyük gəmi onlarla maşın və 400-ə qədər sərnişin götürə bilir.