YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qasırğa

Qasırğa çox güclü fırtınadır. Qasırğa hesab olunmaq üçün fırtına küləyinin sürəti ən azı saatda 120 km olmalıdır. Qasırğalar havanın çox rütubətli olduğu yerlərdə-ekvatorun yaxınlığında formalaşır. Sakit okean qasırğaları tayfun, Hind okeanında yaranan qasırğalar isə siklon adlanır.

 

Qasırğa zamanı külək nəhəng çevrə boyu fırlanır və sürətini saatda 320 kilometrə qədər artıra bilir. Ən nəhəng qasırğalar 1600 km diametrə malik olurlar. Qasırğanın mərkəzində çox yavaş fırlanan dar hava sütunu yerləşir. O, qasırğanın "gözü" və ya "mərkəzi" adlanır. Qasırğa sahilə çatanda dəhşətli dağıntılar yaradır. Amma peyklərdən alınan şəkillər alimlərə qasırğaların marşrutunu əvvəlcədən müəyyən etməyə yardım göstərir. Bu da ki, adətən insanlara evakuasiya üçün vaxt verir.

 

Bütün görülən tədbirlərə baxmayaraq, hər il dünyanın müxtəlif ölkələrində çoxlu qasırğalar baş verir ki, bunlar da çox güclü dağıntı və insan insan tələfatı ilə nəticələnir. Qasırğalar ölkə iqtisadiyyatına da çox ciddi zərbələr vurur.