YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Od

İnsanın heyvanlardan olan ən böyük üstünlüyü oddan istifadə etmək bacarığıdır.

 

İbtidai insanlar oddan qorxurdular. Amma onlar kəşf etdilər ki, iki çaxmaq daşını bir-birinə sürtməklə qığılcım əldə etmək olar. Sonradan insanlar çaxmaq daşını dəmirə vurmaqla qığılcım əldə etməyə və onun köməyi ilə qovu (tezalışan və ağacların üzərində bitən göbələkləri) yandırmağı öyrəndilər.

 

İnsanlar odu əldə etməyi və yandırmağı öyrəndikdən sonra od onların həyatının ayrılmaz bir hissəsi oldu. Od gecə istilik və işıq verirdi, insanlar onun üstündə yemək bişirir və əllərinə yanan ağacı götürərək yırtıcı heyvanları qovurdular. Amma bizim günlərdə belə od çox tez-tez nəzarətdən çıxır və yanğınlar insanlara böyük ziyan vurur.