YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Çötkə

Çötkə- ilk dəfə olaraq yunanların və romalıların tətbiq etdiyi sadə hesablama qurğusudur. Sonradan bu qurğudan bütün dünya ölkələrində istifadə etməyə başladılar. Çötkə taxta çərçivədən və muncuq dənələri keçirilmiş bir neçə məftil cərgəsindən ibarətdir. Birinci cərgədəki muncuqlar təklikləri, ikinci cərgədəki muncuqlar onluqları, üçüncü cərgədəki muncuqlar isə yüzlükləri ifadə edirlər.

 

Yaxın Şərqdə və Asiyanın bir sıra yerlərində hələ də çötkədən istifadə olunur. 

 

Romalılar bəzən hesablamalarda xırda daşlardan da istifadə edirdilər.

 

Romalılar daşları “kalkuli” adlandırırdılar, müasir “kalkulyator” sözü də elə buradan əmələ gəlmişdir.