YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Botanika

Botanika bitkilər haqqında elmdir. 

 

400000-dən çox müxtəlif bitki növü mövcuddur. Onların arasında ancaq mikroskopla görünən çox xırda yosunlar, həm də uzunluğu 10 metrdən çox olan ağaclar da var. Otlar, çiçəklər, qıjılar, mamır və göbələklər digər bitki tipləridir. Bütün canlılar öz yaşayışlarına görə bitkilərə borcludurlar. 

 

Bitkilər olmasaydı heyvanlar da olmazdı, çünki bitkilər onların qidasını təşkil edir. Biz də nə mal-qara saxlaya bilərdik, nə də ət yeyərdik. Bundan başqa, heyvanlar bütün bütün bitkilərin hasil etdiyi oksigenlə nəfəs alırlar.

 

Biz bitkilərin müxtəlif xüsusiyyətlərinin irsən keçdiyini nəzərə alaraq bol və yaxşı məhsul ala bilirik. Tibb sənayesində də əsas dərman preparatları bitkilərdən hazırlanır. Alimlər xəstəliklərə daha yaxşı müqavimət göstərən yeni bitki növlərini yarada bilirlər. 1753-cü ildə botanik Karl Linney bitkilərin ilk təsnifat sistemini yaratdı. O, hər bir bitkiyə iki latın sözündən ibarət ad verdi.