YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Maralböcək

Bu iri cücüyə çənəsində buynuz olduğuna görə belə ad verilmişdir. Böcəyin dişisi erkəyindən çox kiçik olur.

 

Sərtqanadlılar dəstəsinə, Buynuzlu böcəklər fəsiləsinə aid böcək növü olan maralböcək yuvasından az-az çıxır. Buynuzlu maralböcək palıd və şabalıd meşələrində yaşayır, onun sürfələri ağac şirəsi yeyir və ağaca böyük zərər vurur. Böcəklər may ayından iyul ayınadək təbiətdə görünürlər. 


Buynuzlu maralböcəklər ancaq gecələr üzə çıxırlar.

 

Erkəklərdə olan buynuza bənzər dişləri qorxulu görsənsə də, buynuzsuz dişilərdən daha az təhlükəlidir.

 

Yetkin böcəklər ağac və kolların gövdələrindən axan şirə ilə qidalanırlar. Yumurtalarını çürüməkdə olan və ya artıq çürümüş ağacların qabığı altına qoyurlar. Yumurtadan çıxmış sürfələr çürümüş oduncaqla qidalanırlar. Yaşayış yerinin termiki xüsusiyyətlərindən asılı olaraq bir genarasiya 4 – 6 il davam edə bilir. Maralböcək Azərbaycanda bu fəsilənin ən iri nümayəndəsidir.